Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” bu il avrokuboklarda sonuncu görüşünü keçirəcək.
Liqa mərhələsinin VIII turundakı rəqib Yunanıstan təmsilçisi “Olimpiakos”dur.
“köhlən atlar” bu oyunda da dəstəksiz qalmayacaq. Pley-offa yüksəlmək şansları tükənsə də, Avropada yaşayan türkiyəli və azərbaycanlı futbolsevərlər çətin səfər qarşılaşmasında “Qarabağ”ın yanında olacaq.
Belə ki, təxminən 50-60 nəfərin qonaq tribunada yer alacağı dəqiqdir. Oyun saatına qədər sayın 100-ə qədər artacağı ehtimal olunur.
Yanvarın 30-da “Karaiskakis” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
HƏBİB /SPORTİNFO.AZ