AZ

“Qarabağ”la “Olimpiakos” arasındakı fərqə baxın

Yazmaq hər nə qədər çətin olsa da, “Qarabağ” cari mövsümdə Avropa Liqasında sonuncu oyuna çıxır.

Rəqib ötən mövsüm Konfrans Liqasının kubokunu başı üzərinə qaldıran, hazırda Yunanıstan çempionatında liderlik edən “Olimpiakos”dur.

Dünyaca ünlü “transfermarkt” saytı bu qarşılaşma ilə bağlı klublar arasında müqayisə aparıb ki, ortaya maraqlı rəqəmlər çıxıb.

Göstəriciləri təqdim edirik.

Futbolçuların dəyəri – 112,05 milyon / 20,65 milyon (avro)

Klubun dəyəri – 3,74 milyon / 794 min (avro)

Yaş ortalaması – 26,2 / 27,6

Milli komandaların üzvləri – 11/ 13

Gənclər millilərinin üzvləri – 11 / 5

Legionerlərin sayı – 19 / 14

Klubda çalışanların sayı – 83 / ?

Ən bahalı futbolçu – Santyaqu Hezze (12 milyon) / Leandro Andrade (2 milyon avro)

Göründüyü kimi, “Olimpiakos” təmsilçimizi demək olar bütün komponentlərdə üstələyir.

Təkcə futbolçuların bazar dəyəri ilə bağlı fakt yunanların gücündən xəbər verir.

Lakin bəzi hallarda istək və mübarizə əzmi pulu üstələyir. “Qarabağ” bunu bir neçə dəfə sübut edib.

Bu axşam “Karaiskakis” stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 00:00-da çalınacaq.

HƏBİB

Seçilən
6
50
sportinfo.az

10Mənbələr