AZ

ABŞ BMT-yə Paris iqlim sazişindən çıxdığını bildirib

Birləşmiş Ştatlar Paris İqlim Sazişindən çıxması barədə BMT-ni xəbərdar edib və ABŞ 27 yanvar 2026-cı ildə sazişdən rəsmən çıxacaq.

BEY.AZ xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik deyib.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra yanvarın 20-də ABŞ-nin Paris sazişindən çıxması haqqında sərəncam imzalayıb. “Yanvarın 27-də Birləşmiş Ştatlar depozitari qismində çıxış edən baş katibi Paris sazişindən çıxması barədə xəbərdar edib. Paris Sazişinin 28-ci maddəsinə əsasən, ABŞ 2026-cı il yanvarın 27-də geri çəkiləcək” – BMT rəsmisi bildirib.

Xatırladaq ki, ABŞ ilk dəfə 2020-ci ildə Paris Sazişindən çıxdı, daha sonra ilk prezidentlik müddətini başa vuran Tramp seçkidən qısa müddət əvvəl Co Baydenə uduzduğu ABŞ-nin imzasını müqavilədən geri çəkdi. Prezident kimi ilk günündə, 20 yanvar 2021-ci ildə Demokrat ABŞ-ni iqlim sazişinə qaytarmaq üçün sərəncam imzaladı.

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb və ona 195 ölkə qoşulub. Onun şərtlərinə əsasən, iştirakçı ölkələr qlobal iqtisadi inkişafın sənayedən əvvəlki mərhələ ilə müqayisədə orta illik temperatur artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon qazı emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər.

Turan İSMAYIL

Seçilən
1
4
Bey.az

7Mənbələr