Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın Paris İqlim Sazişindən çıxmaq qərarını BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərməklə rəsmi şəkildə çatdırdığını qeyd edib.BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.ABŞ-ın ayrılma qərarını rəsmi olaraq Quterreşə məktubla çatdırdığını ifadə edən Dujarrik, ABŞ-ın 27 yanvar 2026-cı il tarixindən etibarən Paris İqlim Sazişinə tərəf olmayacağını qeyd edib.Müqavilənin 12 dekabr 2015-ci ildə imzalandığını xatırladan Düjarrik ABŞ-ın daha əvvəl 4 noyabr 2020-ci ildə Paris İqlim Sazişindən çıxdığını xatırladıb.BMT sözçüsü BMT-nin Paris İqlim Sazişini və qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədini dəstəkləməkdə davam etdiyini vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta