AZ

ABŞ yenidən həmin razılaşmanı tərk etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-nin Paris İqlim Sazişindən ayrıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədəBMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Birşləşmiş Ştatlar artıq bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreşə rəsmi məktub göndərib.

Dujarrik, ABŞ-nin 27 yanvar 2026-cı il tarixindən etibarən Paris İqlim Sazişinə tərəf olmadığını qeyd edib.

Qeyd edək ki, Donald Tramp ilk prezidentliyində də ölkəsinin həmin razılaşmadan çıxdığını bəyan etmişdi, lakin sabiq prezident Co Baydenin dövründə ABŞ sazişə yenidən qoşulmuşdu. Hətta bu Baydenin president kimi imzaladığı ilk fərman idi.

Əlavə edək ki, Paris sazişi-BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən atmosferdəki zəhərli qazların azaldılmasına dair tədbirləri tənzimləyən razılaşmadır. 

Seçilən
9
2
qafqazinfo.az

7Mənbələr