AZ

“Müharibə bu halda bir-iki aya bitə bilər” – Putin

“Kiyevin patronları qurtararsa, Ukrayna ilə münaqişə bir-iki aya bitəcək”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinin sualına cavabında deyib.

“Onlar mövcud ola bilməzlər, pul və geniş mənada patronlar dayansa, bir ay dayanmazlar. Vəssalam! Bir ay, ay yarım, iki aya bitəcək".

Putinin sözlərinə görə, bu mənada Ukraynanın suverenliyi demək olar ki, sıfıra bərabərdir:

“Əgər onların Qərb sponsorları sülhə nail olmaq istəyirlərsə, yol çox sadədir, mən bir dəfə ABŞ-nin keçmiş prezidenti Co Baydenə müvafiq siqnallar göndərdim: arzu varsa, onlar tez bir zamanda bütün qanuni yolları tapacaqlar, bütün hüquqi məsələləri, o cümlədən danışıqları qadağan edən bu fərmanı ləğv edəcəklər”.

Prezident bildirib ki, Moskva Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazırdır, lakin onu yekun sülh sazişini imzalaya biləcək legitim prezident hesab etmir:

“İstənilən şəxslə danışıq apara bilərik, lakin onun qeyri-legitimliyinə görə Zelenskinin heç nəyi imzalamağa haqqı yoxdur. Əgər o, danışıqlarda iştirak etmək istəsə, mən bu danışıqları aparacaq adamları təyin edəcəm”./Yeniavaz.com/

Seçilən
6
39
turkustan.az

10Mənbələr