Artıq yetkinlik yaşına çatan 2007-ci il təvəllüdlü könüllülər Ukrayna ordusunun sıralarına qoşulurlar.
Bunu Geniçesk şəhərinin meri, “Aydar” 24-cü əlahiddə hücum batalyonunun taqım komandiri Stanislav “Osman” Bünyatov deyib. Hərbçi Telegram kanalı hesabında qeyd edib ki, bu faktı etiraf etmək kədərlidir.
Osman yazıb: “Etiraf etmək kədərlidir, amma 2007-ci il təvəllüdlü könüllülər artıq orduya qoşulurlar”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural