AZ

Putin: İndi Ukrayna ilə danışıqlar aparsaq, legitim olmayacaq

Putin: İndi Ukrayna ilə danışıqlar aparsaq, legitim olmayacaq

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlara qadağa qoyduğunu bildirib və əgər indi danışıqlara başlasalar, bunun legitim olmayacağını deyib.Putin Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın “Rossiya-24” dövlət kanalına açıqlamalar verib.Xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra Ukrayna tərəfi ilə danışıqlara başladıqlarını xatırladan Putin “Biz ilkin olaraq Ukrayna rəhbərliyinə Donetsk və Luqansk xalqının Ukraynanın bir hissəsi olmaq istəmədiklərini və buranı tərk etmələri təqdirdə hər şeyin orada bitəcəyini söylədik” deyə qeyd edib.Ukraynanın sözügedən bölgələri tərk etməsi halında heç bir qarşıdurma olmayacağını bildirən Putin, Kiyevin müharibə etməyə qərar verdiyini bildirib.2022-ci ildə İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda razılaşma layihəsinin əldə edildiyini bildirən Putin, sənəddə bəzi mübahisəli elementlərin olmasına baxmayaraq, qüvvəyə minməsinə razılaşdığını söyləyib.Ukrayna ilə mümkün danışıqları da dəyərləndirən Putin, burada bir problemin olduğunu, Ukraynadakı rejim liderinin danışıqları qadağan edən fərman imzaladığını bildirib. Putin Zelenskinin hazırda legitim lider olmadığı üçün bu fərmanı ləğv edə bilməyəcəyini və belə olduğu halda danışıqların da legitim olmayacağını vurğulayıb.Ukraynadan istənilən şəxslə danışıqlar apara biləcəklərini, lakin Zelenskinin sənəd imzalaya bilməyəcəyini bildirən Putin, “İstək olarsa hüquqi məsələlər həll oluna bilər, amma biz belə bir istək görmürük" deyib.Qərb ölkələrinin dəstəyi olmadan müharibənin bitəcəyini qeyd edən Putin, “Pul və sursat dəstəyi dayansa, bir ay belə davam edə bilməzlər” bildirib.Putin qeyd edib ki, mümkün danışıqların nəticəsi həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizliyinə təminat verməlidir.

Seçilən
6
39
afn.az

10Mənbələr