AZ

Qazaxıstan xüsusi təyinatlıları Dubayda beynəlxalq yarışlarda iştirak edəcək

Qazaxıstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Qüvvələrinin komandası fevralın 1-də Dubayda başlayacaq "The UAE SWAT Challenge" beynəlxalq xüsusi təyinatlı bölmələrin yarışlarında iştirak edəcək.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Yarışlarda 70 ölkədən 121 komanda iştirak edəcək. İştirakçıların ümumi sayı 1300 nəfərdən çox olacaq. Qazaxıstan Silahlı Qüvvələri yarışlarda 12 komanda ilə təmsil olunacaq.

"Yarışlar beynəlxalq xüsusi təyinatlı qruplar arasında təcrübə mübadiləsi, bacarıqların artırılması, bölmələrin hazırlığının nümayiş etdirilməsinə yönəlib. İştirakçı komandalar müxtəlif taktiki kateqoriyalarda dəqiqlik və komanda işi tələb edən beş çətin sınaqdan keçməlidirlər. Bütün bunlar Dubay xüsusi təyinatlılarının ixtisaslaşdırılmış təlim mərkəzində keçiriləcək", - məlumatda bildirilir.

Seçilən
1
11
report.az

10Mənbələr