AZ

Finlandiya Kiyev üçün qeyri-adi dronlar hazırladı

Finlandiyanın “Insta” müdafiə şirkəti Ukrayna Silahlı Qüvvələri (VSU) üçün yeni kamikadze pilotsuz uçan aparat hazırlayıb. Bu barədə "İnsta" şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Insta" pilotsuz uçan aparatının və patentləşdirilmiş partlayıcı yük kombinasiyasının yeni, daha səmərəli versiyasını hazırlanıb", - məlumatda deyilir.

Pilotsuz təyyarə "İnsta Steel Eagle" adlandırılıb. Dronun təxminən 3,6 kq qəlpəli sursat daşıya biləcəyi deyilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
4
12
news365.az

10Mənbələr