Hurriyyet.az xəbər verir ki, Ukraynada prezident seçkilərinin keçiriləcəyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı Valeri Zalujnı səslərin əksəriyyətini toplaya bilər.
Bu barədə Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov "Teleqram" kanalında yazıb: "İndi mümkün seçkilərin əsas favoriti - Zalujnıdır. Onun üçü möhkəm, ciddi adam, Ukraynanın sərt müdafiəçisi imicini yarada biliblər".
Azarovun yazdığına görə, Ukraynada aparılan sosial sorğular Zalujnının "istənilən halda Zelenskini dəfələrlə üstələdiyini göstərir. Lakin onu seçkilərə buraxacaqlarmı? Əsas məsələ budur".
Hürr Tərcüman