AZ

Ukrayna daha bir ərazini itirdi

Rusiya hərbçiləri qondarma "Donetsk Xalq Respublikası"nın (Ukraynanın işğal olunmuş vilayəti-red.) Novoyelizavetovka kəndinə nəzarəti ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı hesabatında məlumat verilib.

"Fəal hərəkətlər nəticəsində "Mərkəz" qoşunlarının bölmələri Novoyelizavetovka qəsəbəsini azad edib", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik əlavə edib ki, Rusiya ordusu qondarma respublikanın Andreevka, Novopavlovka, Udaçnı, Şerbinovka və Tarasovka ərazilərində Ukrayna Silahlı Qüvvələrinin (VSU) üç mexanikləşdirilmiş briqadasının və milli qvardiya briqadasının canlı qüvvəsini, texnikasını darmadağın edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Seçilən
3
16
news365.az

10Mənbələr