AZ

Yanğından sonra nazir istefasını İSTƏYİB

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Bolu vilayətində baş verən dəhşətli hote yanğınından sonra istefa vermək istəyib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Nefes" qəzeti yazıb.

Bildirilir ki, o, Kartalkaya xizək kurortundakı hoteldə baş verən böyük yanğından sonra vəzifəsindən getməsi tələbləri fonunda Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib və istefasını istəyib.

Qeyd olunur ki, ona hökumətdə dəyişikliklərin fevralda planlaşdırıldığı bildirilib. Söhbət yeddi nazirin dəyişdirilməsindən gedir.

Xatırladaq ki, yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.

Seçilən
1
6
modern.az

10Mənbələr