AZ

Türkiyədə nazir Ərdoğandan istefasını istədi

Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoy Qartalqaya xizək kurortundakı oteldə baş verən böyük yanğından sonra vəzifəsindən getməsi tələbləri fonunda Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, istefasını istəyib.

Bu barədə “Nəfəs” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ərsoy hökumətin yanvarın 21-də keçirilən iclasında Prezidentə müraciət edərək, onu vəzifəsindən azad etməsini xahiş edib. Buna cavab olaraq hökumətdə dəyişikliklərin fevralda planlaşdırıldığı bildirilib. Söhbət yeddi nazirin dəyişdirilməsindən gedə bilər.

“Report”xatırladır ki, yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Oteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.

Seçilən
2
6
korrespondent.az

10Mənbələr