Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə "Nəfəs” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ərsoy yanvarın 21-də keçirilən hökumətin iclasında prezidentə müraciət edərək, onu vəzifəsindən azad etməsini xahiş edib. Buna cavab olaraq hökumətdə dəyişikliklərin fevralda planlaşdırıldığı bildirilib. Söhbət yeddi nazirin dəyişdirilməsindən gedə bilər.
Xatırladaq ki, yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Oteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.