Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze Azərbaycan səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini və gələcək planları müzakirə ediblər.
Nazir Gürcüstanda Azərbaycanlaəməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən, ölkədə təhsilin bütün pillələrində aparılan və planlaşdırılan islahatlar barədə danışıb.
Nazir səmərəli əməkdaşlığa görə F.Quliyevə təşəkkürünü bildirib və Gürcüstan ilə Azərbaycan arasında çoxillik sıx tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvarlıq ifadə edib.
Səfir öz növbəsində Gürcüstanın təhsil sistemində gedən prosesləri müsbət qiymətləndirib və Gürcüstan tərəfi ilə birgə təhsil layihələri həyata keçirməyə hazır olduğunu bildirib.
Görüşdə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baia Kvitsiani də iştirak edib.