AZ

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə ümid edir – XİN başçısı

“Gürcüstan Ermənistan və Azərbaycan arasında davam edən sülh sazişi prosesinin hər iki tərəf üçün məqbul nəticə ilə başa çatacağına ümid edir ki, bu da bölgədə davamlı sülhün təmin edilməsinə zəmin yaradacaq”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstan həmişə regional əməkdaşlığın inkişafına öz töhfəsini verməyə hazır olduğunu bildirib.
“Gürcüstanın regionumuzda davamlı sülhə səmimi istəyi var ki, bu da Qafqaz regionunun tərəqqisinə və mövcud potensialdan tam istifadə olunmasına mütləq töhfə verəcək”, - XİN başçısı söyləyib.

M.Boçorişvili qeyd edib ki, Gürcüstan və Ermənistan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
2
50
teleqraf.com

10Mənbələr