AZ

Boçorişvili: Bakı və İrəvan arasında normallaşma davamlı sülh üçün zəmin yaradacaq

Gürcüstan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında son dərəcə maraqlıdır ki, bu da şübhəsiz, regionun inkişafına və mövcud potensialdan tam istifadəyə şərait yaradacaq.

“Report” xəbər verir ki, bunu İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib.

"Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi hər iki tərəf üçün məqbul olan nəticə ilə başa çatacaq ki, bu da regionda davamlı sülhün təmin edilməsinə zəmin yaradacaq. Gürcüstan regional əməkdaşlığın inkişafına töhfə verməyə həmişə hazırdır, fikrimizcə, bu, sabitliyə töhfə verəcək və hamı üçün faydalı olacaq", - o qeyd edib.

Seçilən
2
50
report.az

10Mənbələr