AZ

Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələrinin" sabiq rəhbərinin həbsi uzadılıb

İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələrinin" sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.

Bildirilib ki, onun həbsi üç ay uzadılıb.

O, 2022-ci ilin avqustundan həbsdədir və cinayət işi 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.

M.Arzumanyan Qarabağda strateji əhəmiyyətli yüksəkliyin təslim edilməsində və 44 günlük müharibə zamanı səhlənkarlıqda ittiham olunur.

Seçilən
19
6
azpolitika.info

8Mənbələr