İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.
7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.
Bildirilib ki, onun həbsi üç ay uzadılıb.
O, 2022-ci ilin avqustundan həbsdədir və cinayət işi 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.
M.Arzumanyan Qarabağda strateji əhəmiyyətli yüksəkliyin təslim edilməsində və 44 günlük müharibə zamanı səhlənkarlıqda ittiham olunur.