AZ

Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbərinin həbsi uzadılıb

İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.

Bildirilib ki, onun həbsi üç ay uzadılıb.

O, 2022-ci ilin avqustundan həbsdədir və cinayət işi 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.

Seçilən
18
6
aznews.az

8Mənbələr