AZ

Kreml: Rusiyanın Suriya ilə təmasda olması vacibdir

Rusiya prezidentinin mətbuat katibi Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqun davam etdiriləcəyinə aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, Kreml Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyət orqanları ilə təmaslarını vacib hesab edir və dialoq davam etdiriləcək. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu, vacib səfərdir, mühüm təmaslardır, çünki Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və davam etdirmək lazımdır, biz bunu edirik və edəcəyik”-deyə, o, Rusiya nümayəndə heyətinin səfərini şərh edərkən qeyd edib.

Bildirək ki, yanvarın 28-də Rusiyanın idarələrarası nümayəndə heyəti Dəməşqə səfər edib və Suriyanın yeni administrasiyasının rəhbəri ilə danışıqlar aparıb. Danışıqlardan sonra Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov görüşün üç saata yaxın davam etdiyini və konstruktiv keçdiyini bildirib. O, həmçinin vurğulayıb ki, Moskva Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir. Rusiya nümayəndə heyəti Dəməşqdə keçirilən görüşdə bu ölkədəki problemli məsələlərin bütün siyasi qüvvələrin və etno-konfessional qrupların iştirakı ilə inklüziv dialoq yolu ilə həllinin zəruriliyini bəyan edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
7
turkustan.az

6Mənbələr