“Sana” agentliyi xəbər verir ki, Suriya hakimiyyəti “etimadı bərpa etmək üçün” Rusiyadan təzminat istəyib.
Oxu24.com xəbər verir ki,agentliyin məlumatına görə, bu barədə Rusiya nümayəndə heyətinin Suriyaya Bəşər Əsəd rejiminin süqutundan sonra bir gün əvvəl baş tutan ilk səfəri zamanı danışılıb.
Agentlik xəbər verir ki, görüşdə “Rusiya tərəfi hazırda Suriyada baş verən müsbət dəyişiklikləri dəstəklədiyini təsdiqləyib”.
Dialoq zamanı “Rusiyanın təzminat, yenidənqurma və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqı ilə etimadın bərpasında rolu vurğulanıb”.
Suriyanın yeni hakimiyyəti həmçinin qeyd edib ki, Rusiya ilə münasibətlərin bərpası “keçmiş səhvləri nəzərə almalı, Suriya xalqının iradəsinə hörmət etməli və onların maraqlarına xidmət etməlidir”.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyət orqanları ilə təmaslarını “vacib hesab edir” və “dialoq davam edəcək”.
“Bu, vacib səfər, mühüm təmaslardır, çünki Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və davam etdirmək lazımdır, bu, bizim edirik və edəcəyik”, - Peskov bildirib.
Nigar