AZ

Rusiyadan Azərbaycanla Ermənistana təklif

Moskva Bakı və İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində əldə etdiyi irəliləyişi alqışlayır və lazımi dəstək göstərməyə hazırdır.

Bunu RF-nin Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun işini şərh edərkən "İnterfaks"a bildirib.

"Biz həmişə belə təmasları və birgə işi alqışlamışıq, çünki bu, şübhəsiz ki, regionda sabitliyə töhfə verəcək. Öz tərəfimizdən biz həmişə bu prosesə dəstək göstərməyi təklif etmişik. Rusiyanın tərəflərin sorğusu əsasında təqdim edilə bilən müvafiq xəritə materialları var", - deyə o bildirib.

O əlavə edib ki, Rusiya tərəfi "məsləhət yardımı göstərə bilər, çünki bizim Azərbaycan da daxil olmaqla qonşularla bu cür işlərdə çox böyük təcrübəmiz var".

A.Overçukun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədi üzrə "çox konstruktiv iş gedir".

O xatırladıb ki, sərhəd məsələləri ilə də məşğul olan Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev "üçtərəfli komissiyanın işi sayəsində tanış olublar". "Və mən bilirəm ki, onlar arasında yaxşı işgüzar əlaqə qurulub və bu artıq çox böyük nəticədir, nəzərə alsaq ki, bu ölkələr arasında hələ diplomatik münasibətlər yoxdur və sülh müqaviləsi imzalanmayıb", - deyə Baş nazirinin müavini vurğulayıb.

Üçtərəfli işçi qrupunun işindən danışan Overçuk qeyd edib ki, onu rəsmi olaraq heç kim dayandırmayıb. "Biz vaxtaşırı ünsiyyətdə oluruq, amma üçtərəfli formatda deyil, təkbətək", - deyə o izah edib.

"Cebheinfo.az" 

Seçilən
4
2
cebheinfo.az

10Mənbələr