AZ

NATO Baş katibi Pentaqonun yeni rəhbəri ilə telefon danışığı aparıb

Nato Baş katibi Mark Rutte ilə ABŞ-nin Müdafiə naziri Pit Heqset arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Rutte “X” platformasındakı paylaşımında bildirib.

Baş katib bildirib ki, NATO müdafiə üçün hər zaman güclü, vahid və hazır olmalıdır: "Bu, NATO-nun hər gün etdiyi şeydir".

Rutte həmçinin, müdafiə xərclərinin və istehsalının artırılmasının vacibliyini vurğulayıb: "Güclü bir ittifaq üçün müdafiə xərclərini və istehsalını daha da artırmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm".

Seçilən
4
50
apa.az

10Mənbələr