Dubaydan Moskvaya uçan “Boeing” sərnişin təyyarəsi uçuşunu dayandıraraq Həştərxana eniş edib. Bu barədə “İnterfaks” təcili yardım xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, “Boeing” Xəzər dənizi üzərində uçuş zamanı qəza siqnalı verib.
DP992 reysini həyata keçirən Boeing 737 təyyarəsi baqaj bölməsində yanğın sensorunun işə düşməsi səbəbindən qəza siqnalı verib, mesajda deyilir.
Təcili xidmətlər təyyarənin uçuşu dayandırdığını və təhlükəsiz şəkildə Həştərxana eniş etdiyini, xəsarət alanların olmadığını vurğulayıb.