Dubaydan Moskvaya uçan “Boeing” sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
“Flightradar” xidmətinin məlumatlarına əsasən TASS məlumat yayıb.
Belə ki, “Boeing-737” sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət (ümumi həyəcan) transponder kodunu təyin edib.
“Təyyarə Həştərxanda təhlükəsiz eniş edib”, – aviasiya xidmətləri bildirib. \\Qafqazinfo