AZ

Rusiya hava yollarına məxsus təyyarə Xəzər dənizi üzərində həyəcan siqnalı verib

Dubaydan Moskvaya uçan və Xəzər dənizi üzərində həyəcan siqnalı verən Rusiyanın “Pobeda” hava yollarına məxsus təyyarə Həştərxanda eniş edib.

Bu barədə Xezerxeber.az-a aviasiya xidmətlərinə istinadla xəbər verir.

“Flightradar24” xidmətinin məlumatına görə, həyəcan siqnalından sonra təyyarə enməyə başlayıb, lakin sonra marşrut üzrə hərəkətini davam etdirib. Son məlumatlara görə, layner (hava gəmisi) Həştərxan əyalətində eniş edib.

Seçilən
4
23
xezerxeber.az

10Mənbələr