AZ

Avropa birjasında qazın qiyməti 14 aydan sonra 550 dolları ötüb

Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir.

Məlumata görə, günün əvvəlindən 6 %-ə yaxın artım qeydə alınıb və 15 noyabr 2023-cü il tarixindən bəri ilk 550 dollar səviyyəsi üstələnib.

Belə ki, Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 552 dollara və 51,24 avro MVt/saata (avro-dolların cari məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) qalxıb.
Seçilən
5
6
azxeber.com

10Mənbələr