Bakı. Trend:
Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdənsonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb.
Trend xəbər verir ki, bunuLondon ICE birjasının məlumatları göstərir.
Məlumata görə, günün əvvəlindən 6 %-ə yaxın artım qeydə alınıbvə 15 noyabr 2023-cü il tarixindən bəri ilk 550 dollar səviyyəsiüstələnib.
Belə ki, Niderlandın TTF qovşağında fevral fyuçerslərininqiyməti 1 000 kubmetr üçün 552 dollara və 51,24 avro MVt/saata(avro-dolların cari məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saatüçün avro ilə təqdim olunur) qalxıb.