AZ

"Lloyds Bank" daha 136 filialını bağlayacaq

Böyük Britaniyada yerləşən maliyyə və bank təşkilatı "Lloyds Banking Group", müştərilərin rəqəmsal bankçılığa keçmələrinə uyğunlaşmağa çalışdığı üçün Böyük Britaniyada daxilində 136 filialını bağlayacağını açıqlayıb.

Marja.az "Financial Times"ın məlumatına istinadən xəbər verir ki, bank 2025-ci ilin mayından 2026-cı ilin martına qədər 61 "Lloyds" filialını, həmçinin 61 "Halifax" və 14 "Bank of Scotland" filialını bağlayacağını bildirib.

Bankdan bildirilib ki, filiallarda çalışan işçilərə başqa filialda və ya biznesin fərqli bölmələrində vəzifə təklif olunacaq.

"20 milyondan çox müştəri tətbiqlərimizdən istifadə edir və müştərilər gündəlik bankçılıq üçün həmişəkindən daha çox seçim və çevikliyə malikdirlər" - bankın sözçüsü deyib. 

Seçilən
0
50
marja.az

10Mənbələr