AZ

Azərbaycan BOKT-larının xalis mənfəəti 2 dəfə artıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ili 157,1 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,1 dəfə çoxdur.

12 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 438,3 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), əməliyyat xərcləri 176,1 milyon manat (53,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 64,3 milyon manat (9,9 dəfə çox),gözlınilməz gəlirləri 0,6 milyon manat (50 % çox), mənfəət vergisi ödəmələri isə 41,6 milyon manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 993,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31 % çoxdur. Bunun 716,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 28,4 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 21,1 % artaraq 536,9 milyon manata, balans kapitalı isə 44,8 % artaraq 456,4 milyon manata çatıb.

Seçilən
0
42
report.az

10Mənbələr