Keçən il Türkiyədən ən çox ev alan Rusiya vətəndaşları olub.
Publika.az xəbər verir ki, əcnəbilər tərəfindən alınan evlərin sayı 2024-cü ildə 23 min 781-ə enib ki, bu da son 7 ilin ən aşağı göstəricisidir. Ümumi satışlarda əcnəbilərin payı 1,6 faiz azalıb.
Türkiyə Statistika Təşkilatının (TÜİK) 2024-cü il üçün açıqladığı mənzil satış statistikasından toplanan məlumatlara görə, mənzil alışlarında son iki ildə azalma müşahidə olunub. Beynəlxalq investorlar keçən il İstanbuldan 8 min 416 ev alıb.
Türkiyədə ən çox ev alan əcnəbilər isə ruslar olub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra hər iki ölkə vətəndaşlarının böyük maraq göstərdiyi Antalyada ötən il 8 min 223 ev əcnəbilərə satılıb.