AZ

Azərbaycan BOKT-larının balans kapitalı 45% - BÖYÜYÜB

Ötən il Azərbaycan BOKT-larının balans kapitalı 456,4 milyon manata bərabər olub.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 141,2 milyon manat və ya 45% çoxdur.

BOKT-ların cəmi nizamnamə kapitalı illik müqayisədə 36,7 milyon manat və ya 18% artaraq 241,3 milyon manata yüksəlib.

Qrantlar illik müqayisədə dəyişməyib və 5,2 milyon manat olaraq qalıb.

Bölüşdürülməmiş mənfəətin həcmi 231,1 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 128,4 milyon manat və ya 2,3 dəfə çoxdur.

Seçilən
4
11
fed.az

10Mənbələr