AZ

Azərbaycanın bank sektorunun xalis mənfəəti 3 % azalıb

Azərbaycanın bank sektoru 2024-cü ildə 1 milyard 44,3 milyon manat xalis mənfəət əldə edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 % azdır.

Ötən il bankların əməliyyat gəlirləri 5 milyard 685,5 milyon manat (əvvəlki ilə nisbətən 17 % çox), əməliyyat xərcləri 3 milyard 987,3 milyon manat (25,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 363,9 milyon manat (19,7 % çox), gözlənilməz gəlirləri 4,3 milyon manat (59,3 % çox), mənfəət vergisi ödəmələri isə 294,3 milyon manat (4,5 % az) təşkil edib.

Seçilən
0
28
ikisahil.az

10Mənbələr