2024-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 72 milyard 473,3 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,6 dəfə çoxdur.
İllik göstəricinin 8 milyard 651 milyon manatlıq hissəsi ilkin bazarda (5,1 % çox), 63 milyard 822,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,2 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 72 272 əqd bağlanılıb. Bu, illik müqayisədə 5,3 dəfə çoxdur. Əqdlərin 51 762-si ilkin bazarın (22,6 dəfə çox), 20 510-u isə təkrar bazarın (82,3 % çox) payına düşüb.