AZ

Azərbaycan BOKT-ları 31% böyüyüb

2024-cü ildə Azərbaycan BOKT-larının cəmi aktivləri 993,3 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir.

Aktivlər son bir il ərzində 234,8 milyon manat və ya 31% böyüyüb.

Aktivlərin 2,3 milyon manatını nağd vəsaitlər, 46,3 milyon manatını cari hesablar, 5 milyon manatını banklara yerləşdirilmiş müdətli depozitlər,  87,3 milyon manatını investisiyalar, 808,3 milyon manatını kredit portfeli, 1,9 milyon manatını maliyyə insitutlarına kreditlər, 24,5 milyon manatını əsas vəsaitlər, 4,3 milyon manatını qeyri maddi aktivlər, 104,8 milyon manatını məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər təşkil edib.

İllik müqayisədə nağd vəsaitlər 0,2 milyon manat (8%), cari hesablar 7,6 milyon manat (20%), banklarda yerləşdirilmiş müddətli depozitlər 4,9 milyon manat (49 dəfə), investisiyalar 25,5 milyon manat (41%), kredit portfeli 207,6 milyon manat (35%), əsas vəsaitlər 2,9 milyon manat (13%), qeyri-maddi aktivlər 1,7 milyon manat (65%), digər aktivlər isə 33,2 milyon manatı (46%) artıb.

Seçilən
2
12
fed.az

10Mənbələr