AZ

"Aqrar Sığorta" ASC-nin yığımları azalmaqda davam edir

"Aqrar Sığorta" ASC 2024-cü ildə 14 milyon 80 min manat sığorta haqqı toplayıb.

Valyuta.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,9% və ya 2 milyon 669  min manat azdır. Belə ki, şirkət 2023-cü ildə 16 milyon 749 min manat sığorta haqqı toplamışdı.

Ötən ilin hesabat dövründə şirkətin ödənişlərinin dəyəri 6 milyon 408 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 45,4% və ya 2,003 milyon manat çoxdur. 2023-cü ildə şirkətin ödənişlərinin dəyəri 4 milyon 405 min manat təşkil edib. 

2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2% çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.

Nara

Seçilən
7
50
valyuta.az

10Mənbələr