“Ayaks”ın futbolçusu Cordan Henderson karyerasını Franl Liqa-1-də davam etdirəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, “Liverpul”un sabiq kapitanı “Monako” ilə müqavilə bağlayacaq.
34 yaşlı yarımmüdafiəçinin anlaşması 2026-cı ilə qədər olacaq.
Henderson “Ayaks”da 2024-cü ilin yanvarından çıxış edir. O, “Liverpul”dan sonra bir müddət Səudiyyə Ərəbistanın “Əl İttifaq” klubunda da oynayıb.
2011-2023-cü illərdə “Liverpul”un formasını geyinmiş Henderson bu klubla Çempionlar Liqasını qazanıb.