AZ

ABŞ Kanada və Meksika mallarına gömrük rüsumlarını artırmağı istisna etmir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilənmallara gömrük rüsumlarının daha da artırıla biləcəyini bəyanedib.

Trend xəbər verirki, o, fevralın 1-dən etibarən ABŞ-ın həm şimal, həm də cənubqonşularına 25%-lik idxal rüsumları tətbiq edəcəyini təsdiqləyib."Bu, şənbə günü olacaq", - deyə Tramp bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, bu tariflər zamanla daha dayüksəldilə bilər. “Kanada və Meksikaya 25% rüsum tətbiq edəcəyəm.Bunlar zamanla artırıla bilər”, - Tramp vurğulayıb.

Eyni zamanda, o, Kanada və Meksikadan ABŞ-a neft tədarükünərüsum tətbiq edilib-edilməyəcəyinə dair hələ qərar verilmədiyiniqeyd edib.

Seçilən
0
36
az.trend.az

10Mənbələr