AZ

Kanada üzərindən ABŞ-yə daxil olan bütün mallara əlavə rüsum tətbiq ediləcək

ABŞ dövlət katibi Marko Rubio Kanadanın xarici işlər naziri Mélanie Joly ilə sərhəd və enerji təhlükəsizliyini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə  TASS məlumat yayıb. Dövlət Departamentinin bəyanatına istinadən yayılan məlumatda bildirilir ki, xarici işlər orqanlarının rəhbərləri  sərhəd və enerji təhlükəsizliyi kimi ümumi qlobal problemlərin həllində əməkdaşlıq  variantlarını müzakirə ediblər . Söhbət zamanı Rubio Kanadanın “Çinin ədalətsiz iqtisadi təcrübələrinə qarşı mübarizə” səylərini də yüksək qiymətləndirib. Kanada Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, Ottava Aİ ölkələri, Böyük Britaniya və Meksika ilə ABŞ prezidenti Donald Trampı idxal rüsumlarının tətbiqi ideyasından imtina etməyə birgə razı salmağı müzakirə edir. Tramp isə Kanada və Çin mallarına əlavə rüsum tətbiq etməkdə israrlıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
0
14
konkret.az

10Mənbələr