AZ

Sığorta bazarı 11 faiz böyüyüb

Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ildə ölkəmizdə 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat (2023-cü ilə nisbətən 10,7  faiz çox) sığorta haqqı toplanılıb.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat (illik müqayisədə 28,2 faiz çox) təşkil edib.  

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.

Seçilən
2
2
xalqqazeti.az

10Mənbələr