AZ

“Qarabağ”a qol vurdu, 150 min dollarlıq təkliflə ayağına gəldilər

Premyer Liqanın son turunda “Qarabağ“a qol vuraraq, “Turan Tovuz“a 2:1 hesablı qələbə qazandıran Otto Con gələn mövsüm 150 min dollar qazana bilər.

Qərb klubu nigeriyalı hücumçuya yeni müqavilə imzalaması üçün bu qədər pul təklif edib.

Azəbaycanda ikinci mövsümünü keçirən afrikalı forvardın hazırda aylıq gəliri göstərilən rəqəmdən 2,5 dəfə aşağıdır. Onun ilk sezonunda 4000 dollara oynamasını bildirək.

Cona həmçinin Premyer Liqanın 3 klubundan təklif alıb. 2023-cü il iyulun 1-dən Azərbaycanda çıxış edən nigeriyalı “Neftçi“, “Sumqayıt“ və “Zirə“nin transfer siyahısında yer alıb.

Maraqlıdır ki, afrikalı legioner ona dəvət göndərənlərin hamısıyla eyni vaxtda danışıqlar aparır.

O. üzdən “Turan Tovuz“ rəhərliyinin “kefinə soğan doğrayıb“.Müqaviləni 2 illik uzatmaqla bağlı təklifi əlinin arxasıyla geri itələyib.

Aylardan bəri Tovuzdan ayrılmağın yollarını axtaran, ötən müddətdə dəfələrlə “getmək istəyirəm“ çağırışı ilə idarəçilərin qapısını döyən hücumçu Premyer Liqanın digər təmsilçilərindən, həmçinin Avropa və Asiyadan onunla yaxından maraqlanan klubların olmasını bildirərək, “Turan Tovuz“ yönəticilərinin əlini sıxmayıb.

O, bu komandaya 2023-cü il iyulun 1-də “Dukagini”dən (Kosovo) keçib. Buna qədər isə “Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” və “Priştina”da (hər ikisi Kosovo) oynayıb.

Adıçəkilən forvardın “Turan Tovuz”la kontraktı müddəti 2025-ci il iyunun 30-na qədərdir.

SPORTİNFO.AZ

Seçilən
1
50
sportinfo.az

10Mənbələr