AZ

Gənclərimizin ölkəmizin inkişafındakı rolu necə dəyərləndirilir? - QHT sədrindən AÇIQLAMA

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a verdiyi açıqlamada 2 fevral Gənclər Gününün əhəmiyyətini vurğulayıb.

1997-ci ildə Prezidentin sərəncamı ilə ölkəmizdə 2 fevral Gənclər Günü kimi qeyd edilməyə başlanıldığını xatırladan Zenfira Mustafayeva, gənclərin ölkəmizin dayaq sütunu olduğunu qeyd edərək onların hərtərəfli inkişafının vətənə xidmət məqsədini daşıdığını bildirib. O, həmçinin ölkə rəhbərliyinin gənclərə göstərdiyi dəstəyi, onların sağlam ruhda tərbiyəsini və vətənpərvər ruhda yetişməsini təmin etmək üçün müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb, gənclərin sosial problemlərin həlli istiqamətində ictimai birliklərdə və könüllü təşkilatlarda apardıqları fəaliyyəti də yüksək qiymətləndirib və onların bu sahədəki rolu haqqında daha çox məlumat verib:

"Gənclərimiz vətənpərvərliklərini Vətən uğrunda döyüşlərdə, həmçinin arxa cəbhədə sübut etmişlər. Ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdiyi vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak etmiş və etməkdə davam edirlər. Təhsil, elm, idman və digər sahələrdə onların uğurları əvəzsizdir. Sosial həyatın bütün sferalarında gənclərimiz əksəriyyəti təşkil edir. Gənclərimizin potensialı, fəallığı və müasir baxışları cəmiyyətimiz üçün çox vacibdir. Ölkəmizdə gənc nəslin məşğulluğunun artırılması, onların layiqli vətəndaş kimi yetişmələri daim ölkə rəhbərliyinin diqqətində saxlanılır. Prezident İlham Əliyevin “Siz bütün işlərinizdə mənə arxalana bilərsiniz” deməsi, gənclərin ölkəmizin həm sosial, həm də iqtisadi cəhətdən inkişafında nə qədər əvəzsiz rol oynadığını vurğulayır. İstər ictimai birliklərdə, istərsə də könüllü təşkilatlarda gənclərimizin sosial problemlərin həlli istiqamətində fəaliyyəti əvəzsizdir". 

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
1
7
qht.az

10Mənbələr