AZ

Azərbaycanda gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır

Bakı. Trend:

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər HeydərƏliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər ilfevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdanetibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilkdəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyükhədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkəninməğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeydedirlər. Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün Prezidentİlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətiAzərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlikruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatındafəal iştirakı üçün mühüm zəmin yaradır.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edənVətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarındaVətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarınıxalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onlarınrəşadəti sayəsində qazanılan Şanlı Zəfər sayəsində Azərbaycan ərazibütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixitorpaqlarına qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətənuğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib,ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəlitorpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalqictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin mühümrolunu xüsusi vurğulayaraq deyib: “İndiki gənclər üçün imkanlartəbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadəetməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədəyaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxredirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcəkhəyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətəmaksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözlərideməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimideyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda,xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur vəbiz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərininhəlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçünhəyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini dahaişıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisivə dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var,mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalanabilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri dövlətimizingənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin vədəstəyinin bariz təzahürüdür.

Bəli, bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində inamlaçalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq tədbirlərdəvə yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxışedirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir dahatəsdiqləyirlər.

Milli Məclisin deputatı

Şahin Seyidzadə

Seçilən
3
48
az.trend.az

10Mənbələr