Limon təkcə təzə sıxılmış şirəsi ilə deyil, həm də dondurulmuş formada sağlamlığımıza bir çox fayda verir. Sağlam yaşamağa böyük önəm verən yaponların bu üsulu özünü doğruldub.
Medicina.az dondurulmuş limonun faydalarını təqdim edir:
1. Qida dəyərini qoruyur
Dondurulmuş limon təzə limonda olan C vitamini, antioksidantları və digər qidaları qoruyur. Tərkibindəki qiymətli qidaların itmədən qorunub saxlanmasını təmin edir. Dondurulmuş limonun hər bir hissəsi sağlamlığınız üçün faydalıdır, xüsusən də limon qabığı limon suyundan daha çox qida maddəsi ehtiva edir.
2. Antioksidant təsirləri
Limon tərkibindəki flavonoidlər və C vitamini ilə güclü antioksidant mənbəyidir. Dondurulmuş limonu sürtgəcdən keçirərək yemək bu antioksidanların daha təsirli qəbulunu təmin edir. Orqanizmin xərçəng kimi xəstəliklərlə mübarizə aparmasına kömək edir.
3. İmmunitet sistemini gücləndirir
Dondurulmuş limon C vitamini ilə zəngindir. Bu vitamin immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Mövsümi xəstəliklərlə, xüsusilə soyuqdəymə və qriplə mübarizədə orqanizmə dəstək olur.
4. Həzm sistemini dəstəkləyir
Limon qabığı zəngin lif mənbəyidir. Dondurulmuş limon qabığını həzm sistemini tənzimləmək və həzm prosesini yaxşılaşdırmaq üçün yeməklərə, tortlara və ya salatlara əlavə etmək olar. Lif bağırsaqların sağlam işləməsini dəstəkləyir və qəbizlik kimi həzm problemlərinin qarşısını alır.
5. Arıqlama və detoks effekti
Limon maddələr mübadiləsini sürətləndirən və yağ yandırılmasını dəstəkləyən xüsusiyyətlərə malikdir. Dondurulmuş limon detoks içkilərinə əlavə edərək bu təsirləri artırır. Bədəndən toksinləri çıxarmağa kömək edir və arıqlama prosesini sürətləndirə bilər. Həm də müntəzəm olaraq yedikdə dəri sağlamlığını yaxşılaşdırır.
Aygün
Medicina.az