AZ

“Melissa Group” şirkətinin rəhbəri SAXLANILDI – FOTO

“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Busaat.az APA-ya istinadən xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.

Seçilən
88
10
busaat.az

10Mənbələr