AZ

Yaşayış olan evin söküldüyü ərazinin deputatı: "Bakıda deyiləm"

Ötən gün sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Hadisə 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin ərazisində baş verdiyindən Modern.az buradan deputat seçilən Asim Mollazadə ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Asim Mollazadə bildirib ki, hazırda Bakıda deyil:

"Buna görə də hadisə yerinə getməmişəm. Sadəcə olaraq onu deyə bilərəm ki, hüquq-mühafizə orqanları zəruri istintaq tədbirləri görürlər. Bu istintaqın nəticələrini gözləməliyik. Əminəm ki, bütün cinayətkarlar öz cəzalarını alacaqlar".

Deputat onu da deyib ki, seçicilərindən bu məsələ ilə bağlı olaraq ona hər hansı müraciətlər daxil olmayıb.

Seçilən
117
36
modern.az

10Mənbələr