AZ

Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri saxlanılıb

Ötən gün Bakının Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Aznews.az xəbər verir ki, Q.Məmmədov ötən gün faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.

Seçilən
86
10
aznews.az

10Mənbələr