AZ

Azərbaycan millisi səfərdə Litvanı udaraq, lider oldu

  Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Referans.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli Vilnüsdə Litva yığmasının qonağı olub.

”Jalgiris” stadionunda təşkil olunan qarşılaşma Azərbaycan seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə sayəsində xal sayını 4-ə çatdırıblar və qrupda liderliyi ələ alıblar.

Qeyd edək ki, Azərbaycan milli komandası növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək./teleqraf  

Seçilən
30
8
referans.az

10Mənbələr